`Zorlandığını dedi, mən də boğdum` - Qızını öldürən ana məhkəmədə


16:27     10 Yanvar 2017 qizini%20bogdu.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qızını qətlə yetirməkdə təqsirləndirilən Züleyxa Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Femida.azın məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 12-ə təyin edilib.

Qeyd edək ki, hadisə 3 avqust 2016-cı il saat 5 radələrində baş verib.
Sabunçu rayonunda yaşayan Z. Cəfərova evində 14 yaşlı qızı Ehsanə Cəfərovanı münaqişə zəminində boğaraq öldürüb. Qız anasına zorlandığını deyərək kömək istəyib, ana isə əvəzində qəzəblənərək qızını şarfla boğub.

Cinayət Cəfərovlarun yaşadığı evdə törədilib. Qadın qızını öldürdüyü barədə ilk olaraq qonşulara xəbər verib və onlardan polis çağırmağı rica edib. Qadının daha 2 övladı var.

Ana istintaqa bildirib ki, belə bir biabırçılığa dözə bilməyib, ona görə də cinayətə əl atıb.

Z.Cəfərova Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 5457


Oxşar xəbərlər